Özbəkistanda məmurların bahalı avtomobildən istifadəsi qadağan olunur — TƏKLİF

DÜNYA 14 noy 2020, 18:21

Özbəkistanın Korrupsiya ilə Mübarizə Agentliyi, dövlət qurumları və təşkilatlarına bahalı rəsmi nəqliyyat vasitələri almasına qadağa qoyulmasını özündə əks etdirən bir qanun layihəsi hazırlayıb.


Yeniavaz.com "İHA" ya istinadən xəbər verir ki, layihə prezident Şövkət Mirziyoyev tərəfindən imzalanarsa, dövlət məmurlarından ucuz və qənaətli nəqliyyat vasitələrinə üstünlük verilməsi istənəcək. 


Qanun layihəsi qəbul olunarsa, şəhər və rayon bələdiyyə başçılarının nəqliyyat vasitələri üçün ayrılacaq məbləğ 43 min 860 AZN (267 milyon 600 min özbək somu), nazirlik və dövlət idarələri üçün ayrılacaq məbləğ isə 25 min 500 AZN-i (156 milyon 100 min özbək somu) keçməyəcək.


Qərara əsasən yeni təsis olunmuş nəqliyyat vasitələrinin ən azı 5 ildən sonra dəyişdirilməsinə icazə veriləcək.

 
Qeyd edək ki, sözügedən nəqliyyat vasitələrinin istifadəsi qaydaları da həssaslıqla layihəyə daxil edilib.İdarəetmə xidmətlərinə ayrılan nəqliyyat vasitələrinin şəxsi işlərdə və tətil günlərində istifadəsinə izin verilməyəcək. Əks halda həmin şəxsə qarşı cinayət işi açılacağı qarşı cinayət məsuliyyətinə cəlb ediləcəyi qeyd edildi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top