Rusiya MN Qarabağla bağlı məlumat yaydı

SİYASƏT 14 noy 2020, 14:14

Qarabağda bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur.


Demokrat.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.

 
O, əldə olunan razılığa əsasən Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlandığını bildirib.

 
Konaşenkov Rusiyanın mümkün insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz əməkdaşlıq etdiyini bildirib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top