"Əgər Ukraynada keçiriləcək prezident seçkilərində qələbə çalsam, Rusiyadan tələb edəcəyəm ki, Krım və Donbassa vurduğu zərərə görə kompensasiya ödəsin".
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko bildirib.
"Zərər çəkən bütün Ukrayna əhalisi insan hüquqları üzrə Avropa məhkəməsinə şikayət etsə, bütün zərər 100 milyard dollardan çox olacaq". Bu informasiya partiyanın saytında yerləşdirilib.
Timoşenko vurğulayıb ki, ukraynalılar puça çevrilən həyatlarına görə bu pulu almalıdırlar.
Qeyd edək ki, Krım Ukraynada baş tutan dövlət çevrilişindən sonra referendum vasitəsilə Rusiyanın tərkibinə daxil edilib.
Rusiya əhalisinin 95 faizi bu regionun Rusiya Federasiyasının tərkibinə qayıtmasını dəstəkləyiblər.