Ermənilər gedərkən belə hər şeyi dağıdır: BBC Prezidentin dediklərini TƏSDİQLƏDİ — VİDEO

GÜNDƏM 13 noy 2020, 14:22

BBC-nin ermənilərin Kəlbəcərdən çıxması ilə bağlı videoreportaj hazırlayıb.


Demokrat.az xəbər verir ki, noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanata uyğun olaraq, 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçın boşaldılacaq.


BBC-nin reportajı göstərir ki, ermənilər razılaşmaya əsasən Kəlbəcərdən çıxarılır.


Bu, hərbi cəbhədə qalib gələn Azərbaycanın diplomatik cəbhədə də zəfər çaldığını göstərir.


Prezident İlham Əliyev hərbu cəbhədəki ordumuzun əldə etdiyi qələbəni məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bunun nəticəsində Kəlbəcər, Ağdam və Laçın müharibəsiz, heç bir itki verilmədən azad olunur.


Videoreportajda da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Hətta pəncərə çərçivələrini, sanitar qovşaqlarını belə aparırlar. 


Bununla yanaşı, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi yandırır, məhv edirlər.


Prezident İlham Əliyev ermənilərin maddi-mədəni sərvətlərimizi dağıtdığı və qarət etdiyi faktını uzaqgörənliklə “İnterfax”a müsahibəsində bildirmişdi.


“Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”, - dövlət başçısı qeyd edib.


BBC-nin reportajı da Prezident İlham Əliyevin dediklərini təsdiq etdi. Ermənilər gedərkən belə hər şeyi dağıdır, yandırırlar.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top