Sahibə Qafarova: "Ermənistan elə zərbə alıb ki, özünə gəlməsinə illər sərf edəcək”

SİYASƏT 13 noy 2020, 13:01

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. Ölkəmizin ərazi bütövlüyü bununla da təmin ediləcək. Məcburi köçkünlər həmin ərazilərə geri dönəcək. Bu müharibədə Ermənistan elə zərbə alıb ki, onun özünə gəlməsinə illər sərf ediləcək”.


Demokrat.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.


O qeyd edib ki, bu müharibədə dünya bir vandallığı da görüb: “Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.


“Azərbaycan xalqı böyük qələbənin sevincini yaşayır. Xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb, ölkəmizin bütövlüyü təmin olunub. Təəssüf ki, müharibə itkisiz olmur”, - spiker əlavə edib.


S. Qafarova deputatlardan xahiş edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilsin.


Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top