Millimiz İsveçrəyə uduzdu

İDMAN 13 noy 2020, 00:24

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

 

Demokrat.az-ın məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.

 

2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşıb. Qrupda itkisiz irəliləyən və final mərhələsinə vəsiqəni təmin edən liderlə görüş səfərdə baş tutub. Seçmə mərhələdə qonaq olduğu bütün oyunlarda uduzan komandamız uğursuzluq seriyasını qıra bilməyib.

 

Halbuki futbolçularımız buna çox yaxın olublar. 22-ci dəqiqədə hesabı açan millimizin üstünlüyü bir hissə çəkib. Fasilədən dərhal sonra bərabərliyi təmin edən ev sahibləri son saniyələrdə qalibiyyət qoluna imza atıblar.

 

Bununla da turniri 6 xalla tamamlayan yığmamız ən yaxşı halda qrup 5-cisi olacaq.

 

AVRO-2021-in seçmə mərhələsi
II qrup
12 noyabr


İsveçrə - Azərbaycan - 2:1
Qollar: Bastyen Toma, 49, Filip Stojilkoviç, 90+1 - Ozan Kökçü, 22
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”

"Apasport.az"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top