"Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər" — Polad Bülbüloğlu

SİYASƏT 12 noy 2020, 20:29

“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”.


 Bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Russia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında bildirib.


“Bu (status-red.), orada yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”,- deyə o vurğulayıb.


Səfir həmçinin qeyd edib ki, hazırda heç bir status-kvodan söhbət gedə bilməz.


Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində “Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır”, - deyə bildirmişdi. /“Qafqazinfo” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top