Türkiyə millisi karantinə alındı

İDMAN 12 noy 2020, 18:02

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.


"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.


Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.


Qeyd edək ki, Türkiyə - Rusiya matçı noyabrın 15-də olacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top