SON DƏQİQƏ: Azərbaycanda daha 1 622 yeni yoluxma faktı qeydə alındı

SOSİAL 12 noy 2020, 14:47

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.


İndiyədək ümumilikdə 70 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17 325 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 796, ötən müddət ərzində isə ümumilikdə 1 479 638 test aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top