Kişi müəllim arvadına dəhşət yaşatdı — Ağdaşda ŞOK OLAY

KRİMİNAL 12 noy 2020, 11:57

Ağdaş rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1975-ci il təvəllüdlü Ziya Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın məlumatına görə, Ziya Məmmədov yaşadıqları Ağdaş şəhəri, Zeynəddin küçəsi 56 saylı evin həyətində şəxsi münasibətlər zəmnində arvadı Zülfiyyə Məmmədova ilə mübahisə edib.


Mübahisə zamanı Ziya Məmmədov qarğı ilə qəsdən bir neçə dəfə arvadının baş nahiyəsindən vurub, daha sonra qarğı ilə qəsdən bir neçə dəfə onun sağ biləyindən və sol dirsəyindən vuraraq ona xəsarət yetirib.


İstintaq orqanı tərəfindən Ziya Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirlənləndirilən şəxs qismində ifadə verən Ziya Məmmədov bildirib ki, 2003-cü ildə zərərçəkmiş Zülfiyyə Məmmədova ilə ailə həyatı qurub, birgə nikahdan bir qız övladı olub: 


“Mən Ağdaş şəhərində yerləşən bazarda meyvə alver ilə məşğul olmuşam. Həyat yoldaşım Zülfiyyə Ağdaş şəhərində yerləşən Nizami adına 2 saylı tam orta məktəbdə müəllim işləyib. Həyat yoldaşım Zülfiyyə ilə aramızda əvvəllər heç bir mübahisə və dava-dalaş baş verməyib. Lakin son zamanlar aramızda mübahisələrin baş verib. Sonuncu mübahisəmiz hadisə baş verən günü baş verib”.


Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, saat təxminən 21.00-da yaşadığı evə gəlib: 


“Həmin vaxt sərxoş idim. Bu zaman həyat yoldaşımın eyvanda əyləşərək yemək yediyini gördüm. Zülfiyyəyə “sən niyə bizim evimizdə olan söhbətləri başqasına deyirsən?”, - deyə söylədim. Zülfiyyənin isə “yaxşı edirəm” söyləyərək, mənə qarşı nalayiq ifadə işlətdi. Bunun üstündə aramızda mübahisə baş verdi. Həyat yoldaşım həyətə düşüb yenidən nalayiq ifadə işlətdi. Zülfiyyənin bu sözlərindən əsəbləşdim. Yerdən qarğını götürdüm və bir neçə dəfə Zülfiyyənin baş nahiyəsindən vurdum. Daha sonra qarğı ilə bir neçə dəfə Zülfiyyənin sağ biləyindən və sol dirsəyindən vuraraq ona xəsarət yetirdim. Əlimdəki qarğı sınandan sonra əllərim ilə Zülfiyyənin bədəninin müxtəlif nahiyələrindən vurdum. Zülfiyyə ucadan “əl çək məndən” söylədi. Bu zaman sakitləşib və oradan getdim”.


Ziya Məmmədov ifadəsində özünü təqsirli bilib. 


O, qeyd edib ki, hazırda zərərçəkmiş şəxslə barışıb. Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını əsas gətirərək barəsində olan cinayət işinə xitam verilməsini istəyib.


Ağdaş rayon Məhkəməsinin hökmü ilə Ziya Məmmədovun barəsində ittihamedici hökm çıxarılmayıb.


Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə olunmasını əsas gətirib və Ziya Məmmədovun barəsində olan cinayət işinə xitam verib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top