Putinlə Tokayev Qarabağdakı vəziyyəti müzakirə etdilər

SİYASƏT 11 noyabr 2020, 21:43

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

 

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər:

 

"Qazaxıstan Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi və hərbi əməliyyatları dayandırmaq səylərinin effektivliyini qeyd edib".

 

Qeyd edilir ki, hər iki tərəf noyabrın 9-u əldə olunan tədbirlər kompleksini yüksək qiymətləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top