Ermənistanın paytaxtı Yerevanda etirazçılar baş nazir Nikol Paşinyana bu gecəyədək vaxt qoyub. Onlar baş nazirin həmin vaxta qədər istefaya getməsini tələb edirlər.
Demokrat.az “RİA Novosti”yə istinadla xəbər verir ki, etirazçılar təcili şəkildə parlamentin fövqəladə iclasının çağırılmasını istəyirlər.
Onlar hökuməti kütləvi həbslərdən qaçmağa çağırır. Həmçinin, insanların kütləvi surətdə saxlanmasını “böyük səhv” adlandırırlar.