Rusiya Silahlı Qüvvələri: Dağlıq Qarabağda atəşkəsə riayət edilir

SİYASƏT 11 noy 2020, 14:08

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib.


Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar.


S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top