İnternet istifadəçilərinin pullarını ələ keçirmək istəyən mənbələr aşkarlandı

HADİSƏ 11 noy 2020, 15:00

“Kaspersky” ilin əvvəlindən Azərbaycanda təxminən 2 845 dələduzluq mənbəyi aşkarlayıb.


“Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəliyindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Kaspersky” mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2 845 mənbə aşkar edib.


“Kaspersky” həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara girmə üçün etdiyi təxminən 84 346 cəhdi bloklayıb.


Dələduzluq (scam) istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir “komissiya” ödəmək və ya “fiks ödəmə” etmək lazımdır.


Ancaq istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və “komissiya” dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi, müvafiq məlumatları daxil etdikdə ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.


“Kaspersky” əsas onlayn təhlükəsizlik qaydalarını xatırladır:


- poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin;


- böyük bir uduş və ya ödəmə barədə məlumatlara şübhə ilə yanaşın;


- “Kaspersky Internet Security” kimi aktual fişinq saytları və spam məlumat bazalarına malik etibarlı bir təhlükəsizlik həllini quraşdırın.


Bildirilib ki, məlumatlar 2020-ci ilin ilk on ayında “Kaspersky” həllərinə edilən anonim geridönüş statistikası əsasında əldə edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top