Putin Mi-24 helikopterinin həlak olan heyət üzvlərinin adını açıqladı

HADİSƏ 10 noyabr 2020, 20:27

Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisində Azərbaycan hərbçiləri tərəfindən vurulan Mi-24 helikopterinin heyət üzvlərinin adlarını açıqlayıb.

 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

 

“Bilirsiniz ki, dünən baş vermiş faciəvi insident nəticəsində iki yoldaşımız – Ermənistandakı Rusiya hərbi bazasında xidmət aparan pilotlarımız həlak olub. Bunlar mayor Yuri İşuk və baş leytenant Roman Fedindir”, - deyə V.Putin bildirib.

 

Putin həmçinin hadisə nəticəsində yaralanan pilot-operatorunda tezliklə sağalmasını arzu edib. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top