TƏBİB: Hər birimizin koronavirusa yoluxma ehtimalı yüksəkdir

SOSİAL 09 noy 2020, 18:45

Qaydalara əməl etməsək, hər birimizin koronavirusa yoluxma ehtimalı yüksəkdir.

 

Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

 

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma sayının 1000-i ötməsi onu göstərir ki, sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil:

 

“İndi yoluxma sayı yaydakı yoluxma sayından iki dəfə çoxdur. Koronavirus xəstəliyinin bir ilə yaxındır ki, davam etməsinə baxmayaraq, bu infeksiya öz təhlükəsini yenə də saxlayır”.

 

V.Əliyev hesab edir ki, yoluxma sayında artımın əsas səbəbi insanların sıx təmasının artmasıdır.(trend.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top