İran XİN başçısı: "Əməkdaşlıq üçün əllərimizi uzadırıq"

DÜNYA 09 noy 2020, 15:29

“Hamını danışığa çağırıq, çünki anlaşılmazlıqların, gərginliklərin baş çatmasının yeganə yolu budur”.


“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif tvitter səhifəsində İslam Respublikasına qonşu olan ərəb dövlətlərinə müraciətində yazıb.


“Tramp (ABŞ prezidenti Donald Trampı nəzərdə tutur- red.) getdi. Biz və qonşular qaldıq. Yabançılara bel bağlamaq təhlükəsizliyimizə etibarı artırmaz, sadəcə, ümidləri yox edər. Xalqımız və ölkələrimizin ortaq maraqlarına çatmaq, birlikdə fəaliyyət göstərmək üçün əllərimizi uzadırıq. Bölgəmizin daha yaxşı gələcəyini qurmaq üçün daim birlikdə olacağıq”,- M.Zərif vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top