Hikmət Hacıyev: "Ermənistanın törətdiyi ekoloji terror təsbit edilib"

GÜNDƏM 09 noy 2020, 14:03

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal altından azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib”.


Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.


“Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlara da mərhəmət göstərməyiblər”, - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top