Ərdoğan: "Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm!"

GÜNDƏM 08 noy 2020, 15:35

“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir”.


Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.


“Addım-addım işğal altındakı şəhirlərini və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”, - o vurğulayıb.


Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top