Ali Baş Komandan qələbə münasibətilə generalı təbrik etdi — FOTO

SİYASƏT 08 noy 2020, 14:10

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

 

Demokrat.az-ın xəbərinə görə, Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

 

Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

 

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top