Filadelfiyaya “Hummer”də saxta bülletenlər daşıyan silahlı şəxslər tutuldu

DÜNYA 08 noy 2020, 00:33

ABŞ-da Pensilvaniya polisi Vircinia ştatından Filadelfiya şəhərinə prezident seçiləri üçün saxta bülletenlərini çatdırmağa çalışan iki silahlı şəxsi saxlayıb.


Bu barədə CNN telekanalı yerli prokurorluğa istinadən xəbər yayır.


Qeyd olunur ki, Çesapik (Virciniya ştatı) sakinləri olan 61 yaşlı Antonio LaMotta və 42 yaşlı Joşua Masias 5 noyabr axşamı Pensilvaniya ştatında icazəsiz olaraq odlu silah gəzdirmək şübhəsiylə hesablama mərkəzinin yaxınlığında tutulublar.


Polis naməlum silahlı şəxslərin “Hummer” yük maşını ilə Pensilvaniya Konvensiya Mərkəzinə tərəf getmələri barədə məlumat aldıqdan sonra onları saxlayıb. Üzərlərindəki tapançalardan başqa avtomobildə bir tüfəng və təxminən 160 güllə də olub.


Yerli hakimiyyət orqanları saxta bülletenlərin olması və ya onların yük maşınında tapılıb-tapılmaması barədə ətraflı məlumat verməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top