Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır

SİYASƏT 29 okt 2020, 18:02

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top