Bu ermənilər silah gətirmək üçün Moskvaya gedir... — FOTO

DÜNYA 28 okt 2020, 22:34

Paşinyana 200 min dollar verib azadlığa çıxan “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qaqik Sarukyan bu gün iclas keçirib və müavini Vahe Enfiacyan, regional və avropaya inteqrasiya komitəsinin sədri Mikael Melkumyan, partiyanın katibi Arman Abovyan və qadınlar şurasının sədri Luia Sarkisyanın təcili Moskvaya səfər etməsi qərarını verib.


Demokrat.az-ın məlumatına görə, səfərin məqsədinin hakim Vahid Rusiya partiyası ilə Qarabağdakı vəziyyətin müzakirə edilməsi olduğunu bildirilir, lakin gerçək niyyət başqadır.


Ermənistanın ən varlı adamlardan olan Sarukyan Rusiyanın hakim dairələrinə yaxındır.


Paşinyanın onu azadlığa çıxarmasının iki səbəbi var.


Birincisi, Moskvadakı əlaqələrindən istifadə edərək, rusların İrəvana dəstəyini artırmaq;


İkincisi, müharibəyə, xüsusilə silah əldə etməyə pul xərcləmək;


İstisna deyil ki, Sarukyanın Moskvaya təcili göndərdiyi nümayəndə heyətinin əsas missiyası Ermənistana növbəti silah partiyasını gətirməkdir. Əslində Sarukyanın Moskvadakı əlaqələri əlavə silah əldə etməkdə daha çox rol oynaya bilər, nəinki Putinə təsir etməkdə.


Oliqarx partiya sədrinin azadlığa çıxmasının əvəzini bununla ödəmək öhdəliyi var...
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top