“Qarabağ”ın ev oyunu Türkiyədə keçiriləcək

İDMAN 22 okt 2020, 19:59

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Villareal" matçı Türkiyədə baş tutacaq.


Bunu "Qafqazinfo"ya açıqlamasında Ağdam klubunun meneceri Asif Əsgərov bildirib.


Klub rəsmisinin sözlərinə görə, UEFA neytral meydan olaraq "Qarabağ"a  başqa ölkələri təkllif etsə də, klub rəhbərliyi Türkiyəni seçməkdə israrını bildirib və buna da nail olub. 


Asif Əsgərov bildirib ki, sözügedən qarşılaşma İstanbulda yerləşən "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək. Matç oktybarın 29-da baş tutacaq.


Qeyd edək ki, UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top