Yeni iPhone 12-lərin zəif tərəfi açıqlandı

MARAQLI 22 okt 2020, 09:09

"Apple" şirkətinin yeni təqdim etdiyi smartfonu olan iPhone 12 və iPhone 12 Pro-nun ilk araşdırmalarına başlanılıb.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Verge" nəşri məlumat yayıb.


Araşdırmalar zaman modellərin zəif tərəfi qabarıq şəkildə özündə biruzə verib. Belə ki, iPhone 12 Pro smartfonları, xüsusilə 5G şəbəkələrinə qoşulduqda batarekası olduqca tez boşalır.


Bildirilir ki, smartfonu ekranı açıq vəziyyətdə 2 saat yarım istifadə etdikdən sonra şarjın yüzdə 18-i qalır.


"Engadget" portalının ekspertləri də eyni qənaətə gəliblər ki, iPhone 11-in batareya müddətinə alışmış insanlar bu yeni modeldəki göstəricidən xeyli narazı qalacaqlar.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top