Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldı

DÜNYA 21 okt 2020, 18:26

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.


Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur. 


Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.


Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top