Sarkisyandan Paşinyana ittiham: "Mənim xələfim bizim uğurla getdiyimiz yol ilə getmədi"

DÜNYA 21 okt 2020, 15:49

"Mən qəti olaraq inanıram ki, Əliyevlə birbaşa danışıqlar böyük səhvdir. Sadə bir səbəbə görə - Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razı olmayacaq".


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini nüfuzlu "İndependent" nəşrinə bölüşüb. 


"Baki-Baku.az" xəbər verir ki, o, bir erməni kimi müharibəyə görə Azərbaycan hakimiyyətini üzərinə ittihamlar yağdırsa da, sətiraltı şəkildə Ermənistanın hazırkı rəhbərliyini də fərsizlikdə ittiham edib. 


"Mənim xələfim bizim uğurla getdiyimiz yol ilə getmədi və qərara aldı ki, özünün ifadə etdiyi kimi, danışıqlara öz prizmasından başlasın", - deyə Sarkisyan vurğulayıb. 


Ermənistanın keçmiş prezidenti özünün indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xidmətlərini qabardaraq deyib ki, konflikt heç vaxt dondurulmuş olmayıb. Onun adminstrasiyası Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin edə bilmişdi. Azərbaycan isə illər ərzində kiçik miqyasda hücumlar edirdi. "Münaqişə bu illər ərzində inamın olmaması səbəbindən həll edilmədi. Mən qəti olaraq inanıram ki, Əliyevlə (Azərbaycan Prezidenti cənab İlham Əliyev nəzərdə tutulur) birbaşa danışıqlar böyük səhvdir. Sadə bir səbəbə görə - Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razı olmayacaq", - deyən Sarkisyan fikrinə aydınlıq gətirib. 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top