Məşhur aktyor xərçəngə tutuldu

ŞOU-BİZNES 20 okt 2020, 11:26

Amerikalı aktyor Ceff Brices xərçəng xəstəliyinə tutulub.


Bu barədə o, “Twitter” hesabında məlumat verib.


“Mənə lenfoma diaqnozu qoyuldu”, - deyə 70 yaşlı aktyor qeyd edib.


O bildirib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, əla həkimlərin köməyilə vəziyyəti yaxşılaşacaq; onların proqnozları müsbətdir. Aktyor bu gündən müalicəyə başlayacaq.


Qeyd edək ki, Ceff Brices 200-dən çox filmdə çəkilib. O, daha çox 2010-cu ildə ən yaxşı kişi roluna görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülən “Crazy Heart” (Dəli ürək, 2009) filmi ilə tanınır.(oxu.az)

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top