Qarabağda PKK döyüşçüləri və İraqdan gətirilən mərmilər — FOTO

DÜNYA 19 okt 2020, 19:12

Azərbaycan Ordusunun sürətli uğurlu hücumu Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdəki mövqelərini tərk etməyə və qaçmağa məcbur edir. Geri çəkilmə nəticəsində Ermənistan ordusu Azərbaycan Ordusunun qənimətinə çevrilən silah-sursat və texnikasını tərk etməyə səbəb olub.

 

Bundan əvvəl, dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi ermənilərdən ələ keçirilmiş qənimətlərin, o cümlədən tankların, ağır texnikaların, silahların və saysız-hesabsız döyüş sursatlarının videogörüntülərini yayıb.

 

Virtualaz.org Ermənistan hərbçiləri tərəfindən tərk edilmiş 82 mm-lik minaatan üçün mərmi qutularının fotolarını əldə edib. Minaatan mərmilərin Bağdadda istehsal olunması diqqət çəkir, bu da Ermənistanın İraqdan silah almasının bir daha sübutudur.


Bundan öncə, virtualaz.org Süleymaniyyədən (İraq Kürdüstanı) Yerevana müntəzəm uçuşların həyata keçirildiyini, üzərində PKK / YPG terror təşkilatlarının döyüşçülərin və silahların çatdırıldığı barədə yazmışdı.


Silah və canlı qüvvə təchizatı üçün Ermənistanın mülki təyyarələri və dövlət təyyarələri cəlb olunub. Bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarını ciddi şəkildə pozur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top