Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
Deputat əlavə edib ki, dövlət qurumları elə vəziyyət yaradıb ki, bu vəsaitlərin vətəndaşlar tərəfindən alıb-almadığını vətəndaş özü sübut etməlidir:
“Bu doğru yanaşma deyil. Həmin qurumların özünün arxivi olmalıdır. Dövlət qurumları funksiyalarını yerinə yetirmirlər və şikayətçiləri Milli Məclisə yönəldirlər. Bəlkə də, bu insanların sayı çox deyil, amma bu insanların narazılığına cavab verməlidir. Ola bilərlər ki, onların arasında kimlərsə haqsızdır, lakin hər bir halda vətəndaşların müraciətləri dövlət tərəfindən araşdırılmalıdır”. F. Mustafa qeyd edib ki, zamanında Daxili İşlər Nazirliyi tərkibində döyüşlərdə iştirak edən şəxslər olub, lakin indi onların ailə üzvlərinə deyirlər ki, bu şəxslər şəhid statusuna malik deyil: “Bunu əsas gətirərək bildirilər ki, sizə kompensasiya verilə bilməz. Ancaq bu ailələr şəhid ailəsi kimi güzəştlərə malikdir. Qeyd edim ki,1990-cı illərdə verilən 50 min manat o dövrün şərtlərinə görə böyük pul olmayıb. Hesab edirəm ki, şəhid ailələrinə bu kompensasiya verilməlidir”. Qeyd edək ki, deputat Zahid Oruc, Qənirə Paşayeva və Aqil Abbas bu fikirləri müdafiə edib. (Ölkə.az)