FETÖ-çu Faruk Taban: "Əli Həsənov ən yaxın adamımız olub" — SENSASİON TƏFƏRRÜATLAR

SİYASƏT 15 sentyabr 2020, 13:59

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələri ilə bağlı artıq istər yerli, istərsə də Türkiyə mediası ciddi sübutlar ortaya qoydu.

 

Bu baxımdan əldə etdiyimiz son məlumatlara görə, Əli Həsənovun Fətulla Gülənlə əlaqələri bir neçə istiqamətdə araşdırılır.


Qeyd edək ki, təhsildən səhiyyəyə, inşaatdan mediaya qədər müxtəlif sahələrdə öz şirkətlərini qurmuş Əli Həsənovun işdən çıxarılmasından sonra, onun nəzarəti altında olan bəzi şirkətlərdə korrupsiya istintaqı başladılıb.


Maraqlı burasıdır ki, Fətulla Gülən kimi onun da Azərbaycanda ilk işi media və təhsildən başladı. Bütün bu sektoru əlinə keçirməyə müvəffəq olan Həsənov uzun müddət FETÖ-nin Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olub və bu əməkdaşlıq 15 iyuldan sonra da davam edib. Bunun ən bariz əlaməti Həsənovla FETÖ-nün Azərbaycandakı televiziya kanalı “Xəzər TV” arasındakı münasibətdir. Daha əvvəl Samanyolu TV-nin Azərbaycandakı Bakı ofisi olaraq çalışan “Xəzər TV” Bank Asiya krediti ilə yerli yayım kanalına çevrilib və 2013-cü ilin dekabr hadisələrindən sonra Həsənovla ortaq olub.


17-25 dekabr tarixlərində Bakıya gələn FETÖ nümayəndəsi Faruk Taban Əli Həsənovla görüşüb və FETÖ heyətinin fəaliyyətinin kanalda davam etdirilməsi təmin edilib.


Faruk Tabanın Xəzər TV-nin binasında keçirilən görüşdə, o zaman Xəzər TV-nin rəhbəri olan Hüseyn Dinləməzə dəqiq mesajına bu gün bir çox şəxslər şahidlik edə bilər: “Kanal bizim yeni adama təhvil veriləcək”.


KONKRET.az-ın Türkiyədəki mənbələri vurulayır ki, Faruk Taban hələ o dövrdə müxətlif məclislərdə dəfələrlə və qürur hissi ilə bildirib ki, “Əl Həsənov ən yaxın adamımızdır”.


2013-cü il dekabr ayında Türkiyədə bir sıra nazirə qarşı FETO tərəfindən həyata keçirilmiş əməliyyatdan dərhal sonra Fətullah Gülənin sağ əlinin Azərbaycana gəlişi təhlükəsizlik orqanlarının diqqətindən yayına bilməzdi. Hələ o vaxtkı məlumatlarda deyilirdi ki, FETÖ-nün nümayəndələrinin hava limanında özəl biznes keçiddən qarşılanması Əli Həsənov tərəfindən təşkil edilmişdi.

 


Digər xəbərlərdə isə deyilir ki, Samanyolu TV-nin Türkiyədəki reklam şöbəsinin müdiri olmuş Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakç da FETÖ “Xəzər TV”-də Əli Həsənovla televiziya reklam gəlirlərində ortaq olub.


Əli Həsənov Xəzər TV ilə kifayətlənməyərək kanal və radiolarda maliyyə axınlarını nəzarəti tam ələ keçirmək üçün Xəzər TV-də reklam müdiri olaraq çalışmış Süleyman Məmmədovu digər televiziyaya göndərir. Azərbaycan Televiziyasında Süleyman Məmmədov yeni rəhbərliyin himayəsi ilə televiziyanın bütün reklam hüququnu Əli Həsənova yaxın şirkətə verir.


Yeri gəlmişkən, hər ay Əli Həsənov Xəzər TV-dən 300-500 min arası nəğd, hec bir yerdə qeydiyyatı aparılmayan pul vəsaiti əldə edirdi. İldə yalnız Xəzər TV-dən əldə edilən vəsait orta hesabla 3 500 000 – 5 000 000 manat arası təşkil edirdi. Bundan əlavə radiokanallardan, qəzetlərdən və QHT-lərdən əldə edilən vəsaitə nəzər salsaq, Əli Həsənovun ildə 10 000 000 AZN vəsait əldə etdiyini demək olar.


Qeyd edək ki, Mehmet Özkundakçı isə Samanyolu TV-nin FETÖ işindən 31 illik həbsdə olan müdiri Hidayət Karacanın bacanağıdır. Bunları bilən Əli Həsənov dövlətin FETÖ işində ip uclarını araşdıran adamlara maneələr törədib, Türkiyədə və Azərbaycandakı əlaqələrindən istifadə edərək Həsənov-Özkundakçı-Karaca işbirliyinin izlərini müəyyən dövrlərdə itirə bilib.


Müəyyən bir müddət Əli Həsənov türkiyəli dostları vəsitəsilə Gökhan Özkundakçının Türkiyə hakimiyyətindən Azərbaycanda yüksək vəzifədə işləməsini qizlətməyə müvəffəq olur. Bu zaman çərcivəsində geniş biznes əlaqələri qurmuş Şamxal Həsənov və Gökhan Özkundakçının qardaşı Mehmet Özkundakçı Avropada bir sıra biznes layihələrinə imza atıblar. Məhz Mehmet Özkundakçının təşəbbüsü ilə və izləri itirmək məqsədilə Burc FM-in adı 100.5 radiosuna dəyişdirilib. Daha sonra radio biznesində küllü miqdarda pul qazanmaq məqsədilə Əli Həsənov Xəzər FM və Araz Radiosu kanallarını əldə edərək Gökhan Özkundakçına həmin radio kanalların reklam işinə nəzarət etməsini tapşırıb. Müxtəlif dövlət qurumlarına və özəl şirkətlərə reklamların mütləq şəkildə bu kanallarda yerləşdirilməsi tapşırılıb. 2016-cı ildə isə Əli Həsənovun tapşırığı ilə oğlunun dostu Gökhan Özkundakçıya Qafqaz Universiteti Fəlsəfə Doktoru dərəcəsini təqdim edib.


Əldə etdiyimiz məlumatlara görə, Şamxal Həsənovun Mehmet Özkundakçı ilə birgə Çexiya, Avstriya və Xorvatiyada müştərək biznesləri mövcuddur. 2019-cu ilin sonunda müalicə adı ilə Avstriyaya səfər etmiş Əli Həsənovun FETO üzvləri ilə görüşlərinin keçirməsi ehtimal olunur.

 

 


Əli Həsənov bu vəzifədən azad edilsə də, hələ də FETÖ-nun Azərbaycanda ilk təşkilatlarına nəzarət edir. Onların arasında yüksək çinli məmurlarla yanaşı televiziyalara rəhbərlik edən şəxslər, iş adamları və jurnalistlər var.


Əli Həsənov hələ vəzifədə olarkən bir sıra saytlar onun Xəzər TV-nin Azərbaycanda qurucusu Hüseyn Dinləməzdən aylıq böyük məbləğlərdə maliyyə vəsaiti aldığı barədə təkzibolunmaz faktlar açıqlamışdı.


Bütün bu faktlar onu deməyə əsas verir ki, Hüseyn Dinləməz kanalı Əli Həsənovun oğlu, Qafqaz gimnaziyasının məzunu, Samanyolu TV ilə filmlərin cəkilişində yaxından əməkdaşlıq edən Şamxal Həsənova təhfil verməsi təsadüfi deyildi.


Qeyd edək ki, 2016-ci ilin iyul ayında Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra fətullahçı terror təşkilatına (FETÖ) qarşı ciddi tədbirlər görülüb. Yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də “Hizmət” hərəkatına məxsus bütün qurum və orqanların fəaliyyətinə son qoymaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi diqqət yetirdiyi siyasət yürüdülüb. Hətta Azərbaycanda fəaliyyət göstərən şirkət, hazırlıq kursları, lisey, məktəb və unversitetlərin fəaliyyətini dayandırılmasını ölkəmizə səfər edən Türkiyə prezidenti şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən xahiş edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 10:43
Top