Baş nazirdən “Yanar dağ” Qoruğu ilə bağlı QƏRAR

SOSİAL 15 iyul 2020, 18:55

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.

 

Bu, Nazirlər Kabinetinin “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

 

Qərara görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilib. Yəni, beləliklə, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təqdim etdiyi plan-sxemə uyğun olaraq müəyyən edilməyəcək. 

 

Həmçinin, Torpaq Məcəlləsinin və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən xəritədə Qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqların mülkiyyətçilərin razılığı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınması təmin ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top