Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarovayla deputat Nigar Arpadarai arasında maraqlı dialoq baş tutub.
Demokrat.az xəbər verir ki, deputat N.Arpadarai çıxış üçün spikerdən bir dəqiqəlik vaxt istəyib:
“Mən həmkarlarımla rəqabət aparmaqda çətinlik çəkirəm. Yəni çıxış üçün düyməni vaxtında basa bilmirəm, ona görə gecikirəm. Xahiş edirəm ki, mənə 1 dəqiqəlik söz verin”.
Spiker isə deputata belə cavab verib: “Mən başa düşürəm rəqabət nə deməkdir, burada çox təcrübəli insanlar var. Buna görə də sizə söz verirəm, çünki səmimi danışdınız”.