Bakıdan Krasnodara yola düşən avtobus Rusiyanın Stavropol şəhərində qəzaya düşüb.
Rus mətbuatının yazdığına əsasən, hadisə səhər saatlarında baş verib.
Qəzaya səbəb "Mercedes" markalı avtobusun sürücüsünün idarəetməni itirməsi olub. Avtobus qarşıdan gələn "QAZel"lə toqquşub.
Avtobusda olan 33 sərnişindən 2-si, o cümlədən "QAZel"də olan sərnişinlərdən 1-i yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır. / Open.Az /
Demokrat.Az