UFC üzrə dünya çempionu, rusiyalı Həbib Nurməhəmmədovun atası və məşqçisi, 57 yaşlı Abdulmanap Nurməhəmmədov Moskvadakı xəstəxanalardan birinə çatdırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı ailənin dostu Ubaydula Osmanova istinadən məlumat yayıb.
“Mayın 3-də mənə yaxın qohumları zəng etdi, dedi ki, qəfil özünü pis hiss etdiyi üçün xüsusi reyslə Moskvaya çatdırılıb. Ehtimal ki, ürəyində problemlər olub”, - deyə U.Osmanov bildirib.(oxu.az)