Baş nazirin mühafizəçisi koronavirusdan öldü

DÜNYA 04 apr 2020, 20:36

İtaliyanın baş naziri Cüzeppe Kontenin mühafizəçisi koronavirusun qurbanı olub.


Demokrat.az xəbər verir ki, ölən 52 yaşlı Corcio Quastamakkiadır.


Məlumata görə, mühafizəçiyə koronavirus diaqnozu ötən gün qoyulub. O, bu gün səhər xəstəlikdən dünyasını dəyişib.


İki uşaq atası olan C.Quastamakkianın son zamanlar baş nazir C.Konte ilə yaxın təmasda olmadığı, onunla xarici səfərlərə getmədiyi vurğulanır.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 138 000-i ötüb. Bunların 236 185 nəfəri sağalıb, 61 142 nəfəri isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top