Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı — VİDEO

SOSİAL 04 apr 2020, 16:00

Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib. 


Demokrat.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.


Bildirilib ki, aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub.


Qeyd olunub ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib.


“COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq, hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək.


Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək”, - deyə məlumatda bildirilib.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Heydər Əliyev Mərkəzindən «COVID-19»un geniş yayıldığı ölkələrə dəstək Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib. Aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşaiyəti ilə proyeksiya olunub. Qeyd edək ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib. «COVID-19» pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.

A post shared by Heydar Aliyev Center (@heydaraliyevcenter) on



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 dek 2020, 11:39
Top