Restoran və kafelərin fəaliyyəti tam dayandırıldı

HADİSƏ 27 mar 2020, 22:03

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb.


Demokrat.az xəbər verir ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib.


Operativ Qərargahdan daxil olan məlumatda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən ictimai iaşə obyektlərindən evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top