Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.
Demokrat.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı məlumat yayıb.
Bildirilib ki, həkim martın 14-də ABŞ-dan Gürcüstana qayıdıb və iki gün boyunca xəstələri qəbul edib. Bundan başqa onun klinikanın 140-dan çox əməkdaşı ilə təmasda olduğu müəyyən edilib. Faktla əlaqədar klinikanın fəaliyyətinin dayandırılıb. (APA)