“Desək ki, Azərbaycanın apteklərində spirt, qoruyucu maskalar yoxdur, həqiqəti təhrif etmiş olarıq. Var. Ehtiyatlar da kifayət qədərdir”.
Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, bəzi apteklərdə sui-istifadə hallarına yol verilirsə, cəza tədbirləri görülməlidir:
“Bütün işlər görülüb, amma nə desən ki, məsuliyyətsiz insanlar buna kölgə salırlar. Həmin insanlar vəziyyətdən istifadə edərək varlanmaq istəyirlər. Belə insanlar düşməndirlər, koronavirusdan daha təhlükəlidirlər”.