Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”

SOSİAL 09 mar 2020, 12:59

Ali Məhkəmənin Plenumunun bəzi qərarları qüvvədən düşüb.

 

Demokrat.az-ın məlumatına görə, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.

 

Belə ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli,  “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 3 may 1993-cü il tarixli qərarlar qüvvədən düşüb.

 

Qeyd edək ki, hər iki qərar Ali Məhkəmənin həmin tarixlərdə sədri işləmiş Tahir Kərimli tərəfindən verilib.

 

Tahir Kərimli 1992-ci ilin 2 iyulundan 1993-cü ilin 29 iyuluna qədər Ali Məhkəməyə sədrlik edib.

 

Qeyd edək ki, Tahir Kərimli Milli Məclisin beşinci və altıncı çağırış deputatıdır. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top