"Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir".
Modern.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
O əvvəlki iclasların birincə namizəd tərəfindən səsləndirilən bu iddiaya aydınlıq gətirib:
“Bu deyilənlər doğru deyil. Görürsünüz, biz, komissiya üzvləri bu fikrə sadəcə gülürük. Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar”.