Rusiyanın "Kamçatka" agentliyinin baş redaktoru Mariya Netrebenko 29 yaşında həyatını itirib.
Demokrat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Netrebenko qış kompleksində xizəklə sürüşən zaman müvazinətini itirib və aldığı xəsarətlərdən keçinib.
Onun Kamçatkaya 6 ay əvvəl köçdüyü xəbər verilir. /Modern.az