İdman

Osimhen “Qalatasaray” tarixində rekorda imza atdı

Osimhen “Qalatasaray” tarixində rekorda imza atdı

“Qalatasaray” Trendyol Super Liqanın ikinci turunda səfərdə “Erzurumspor FK”nı 4:0 hesabı ilə məğlub edib.

Demokrat.az xəbər verir ki, İstanbul klubunun qələbəsində Viktor Osimhen də əsas pay sahiblərindən olub. Nigeriyalı hücumçu qarşılaşmada 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bu nəticə Osimhen üçün xüsusi əhəmiyyət daşıyıb. Hücumçu “Qalatasaray” forması ilə vurduğu qolların sayını 63-ə çatdıraraq klub tarixində ən çox qol vuran əcnəbi futbolçular sıralamasında üçüncü pilləyə yüksəlib.

Milan Baroşu geridə qoydu

Osimhen 63 qolla 61 qol vuran Milan Baroşu geridə qoyub.

“Qalatasaray” tarixində ən çox qol vuran əcnəbi futbolçular siyahısında ilk pillədə 77 qolla Mauro İkardi qərarlaşıb. İkinci sırada isə 72 qolla Qeorqe Haci yer alır.

Nigeriyalı hücumçu yeni mövsümə də məhsuldar başlayıb. O, çempionatın ilk iki turunda 4 qol vurub.

Son 14 oyunda 16 qol

Osimhenin Super Liqadakı son oyunları da diqqət çəkir. 26 yaşlı futbolçu keçirdiyi son 14 matçın 12-də qol vurub.

Bu qarşılaşmalarda ümumilikdə 16 dəfə rəqib qapısına yol tapan Osimhen fərqlənə bilmədiyi iki oyunda isə komanda yoldaşlarına məhsuldar ötürmə verib.

Hücumçunun bu göstəriciləri onun “Qalatasaray”ın əsas qol silahlarından birinə çevrildiyini bir daha nümayiş etdirir.

Jalə Demokrat.az

D
demokrat.az