Dünya

FOCL üçün sualtı kabel Azərbaycana göndərilib

FOCL üçün sualtı kabel Azərbaycana göndərilib

Transxəzər Fiber-Optik Rabitə Xətti (FOCL) üçün sualtı kabel Qazaxıstanın Kurık limanı vasitəsilə Azərbaycana göndərilib.

Məlumata görə, qiymətli yük artıq Ələt yolundadır.

Transxəzər Fiber-Optik Rabitə Xətti (FOCL) üçün sualtı kabel Kurık limanı vasitəsilə Azərbaycana göndərilib.

Demokrat.az xəbər verir ki, bu haqda"Kazaktelekom" SC-nin İdarə Heyətinin sədri Bağdat Musin öz sosial şəbəkə hesabında (Facebook) yazıb.

"Layihənin ən çətin mərhələlərindən biri başa çatıb. Su kabeli uğurla Kurık limanına çatdırılıb", - deyə Qazaxıstan milli telekommunikasiya operatorunun rəhbəri bildirib.

Bağdat Musin sənaye, maliyyə, süni intellekt və rəqəmsal inkişaf nazirliklərinə, gömrük xidmətlərinə təşəkkür edib. O bildirib ki, onların köməyi ilə yük sürətlə emal edilib. O, Azərbaycanın Ələt limanına gedən barjaya yüklənib.

Alparslan Demokrat.az

D
demokrat.az