Şou-biznes

"Uzak Şehir"də iki ayrılıq yaşanacaq

Uzak Şehirdə iki ayrılıq yaşanacaq

Ekranların sevilən ekran işi olan "Uzak Şehir" serialında gözlənilməz ayrılıqlar yaşanır. Layihənin aparıcı simalarından olan və Şahin Albora obrazını canlandıran Alper Çankaya mövsüm finalında komanda ilə vidalaşacaq.

Demokrat.az xəbər verir ki, aktyorun öz istəyi ilə serialdan ayrılacağı bildirilir. Ozan Akbaba və Sinem Ünsalın baş rolları paylaşdığı layihədə digər itki isə Boran obrazına həyat verən Burç Kümbetlioğlu olacaq. Hər iki aktyorun mövsümün sonunda hekayədəki missiyası başa çatır.

Uzak Şehirdə iki ayrılıq yaşanacaq

Serialın mövsüm finalı tarixi də artıq dəqiqləşib. Əgər yayım qrafikində dəyişiklik olmasa, ekran işi 25 mayda yayımlanacaq 63-cü bölümlə fasiləyə çıxacaq. Digər aktyorların gələcək taleyi isə final həftəsindən sonra məlum olacaq.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova