Cəmiyyət

Çavuşoğlunun qardaşı güllələndi

Çavuşoğlunun qardaşı güllələndi

Türkiyənin tanınmış diplomatı Mövlud Çavuşoğlunun qardaşı iş yerində silahlı hücuma məruz qalıb və hazırda xəstəxanada ölüm-qalım savaşı verir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 52 yaşlı iş adamı özünə məxsus yanacaqdoldurma məntəqəsindəki otağından gələn atəş səsindən sonra yaralı halda tapılıb. Hadisə yerinə dərhal təcili yardım və polis əməkdaşları cəlb olunub.

Çavuşoğlunun qardaşı güllələndi

Xəstəxanaya çatdırılan Aydın Çavuşoğlu təcili əməliyyat edilsə də, vəziyyətinin ağır olduğu bildirilir. Hazırda o, reanimasiya şöbəsində həkim nəzarətindədir.

Antalya valisi Hulusi Şahin xəstəxanaya gələrək yaralının vəziyyəti ilə maraqlanıb.Hadisə baş verən zaman xaricdə olan sabiq nazir Mövlud Çavuşoğlunun təcili olaraq şəhərə qayıtdığı qeyd olunub.

Hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini araşdırır.

Demokrat.az

NE
Nihadə Eyyubova