Dünya

Netanyahudan etiraf: "Gizli əməliyyat keçirdim"

Netanyahudan etiraf: Gizli əməliyyat keçirdim

İsrail Baş naziri Benyamin Netanyahu il yarım əvvəl prostat xərçəngi səbəbindən gizli əməliyyat olunduğunu açıqlayıb

Demokrat.az xəbər verir ki, müayinə zamanı tapılan kiçik şişin dərhal götürüldüyünü deyən Netanyahu, hazırda səhhətinin tam qaydasında olduğunu bildirib.

O, bu məlumatı İranın təbliğatına imkan verməmək üçün indiyə qədər gizli saxladığını etiraf edib.

Demokrat.az

NE
Nihadə Eyyubova