Cəmiyyət

Saat 10-da qaz kəsiləcək: 9 584 abonentə xəbərdarlıq

Saat 10-da qaz kəsiləcək: 9 584 abonentə xəbərdarlıq

Ağcabədidə minlərlə abonent qazsız qalacaq. Tərtər Regional Qaz İstismarı İdarəsinin yaydığı məlumata görə, aprelin 3-ü saat 10.00-dan etibarən 9 584 abonentə mavi yanacağın verilməsi dayandırılacaq.

Demokrat.az xəbər verir ki, şəhər ərazisində qaz təchizatının dayandırılmasına səbəb qazpaylayıcı stansiyadan qidalanan xətt üzərində yeni tənzimləyici şkafın quraşdırılmasıdır.

Eyni zamanda Xəyal Həsənova məxsus obyektin önündən keçən borunun yerinin dəyişdirilməsi ilə bağlı zəruri işlər görülməlidir. Təmir və quraşdırma prosesi yekunlaşdıqdan dərhal sonra əhaliyə qazın verilməsi bərpa olunacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova