Aprelin 1-dən etibarən Azərbaycanın çay və göllərində sənaye məqsədilə balıq ovu müvəqqəti dayandırılır. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə bu məhdudiyyət sentyabrın 1-dək qüvvədə qalacaq.
Demokrat.az-ın məlumatına görə qərar balıqların kürüləmə dövrü ilə əlaqədar qəbul edilib və əsasən Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz həmçinin Yenikənd su anbarlarını əhatə edir. Sentyabr ayından sonra isə yalnız xüsusi balıqovlama bileti olan şəxslər müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyətlərini bərpa edə biləcəklər.
İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün hər hansı bilet tələb olunmur. Onlar qanunla icazə verilən şərtlər daxilində ovlarını davam etdirə bilərlər. Qeyd olunan müddətdə qanunsuz ovla məşğul olan şəxsləri isə həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir.
Hazırda su hövzələrində nəzarət tədbirləri gücləndirilib.
Demokrat.az